Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İ.Əliyevə görülən işlər barədə məlumat verib.
O cümlədən, dövlət başçısına Qonaqkənd–Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər barədə də məlumat verildi.
Bundan əlavə, İ.Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Həmçinin, dövlət başçısı Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov prezidentə aparılan tikinti və təmir işləri barədə məlumat verdi. **
X.Nəsirzadə