Azərbaycan Mərkəzi Bankı “AzSığorta” şirkətini bankın əməkdaşlarının könüllü tibbi sığortası (KTS) üzrə keçirilən tenderin qalibi elan edib.
“Noyabrın 25-də tender komissiyası bankın əməkdaşlarının könüllü tibbi sığortası üzrə keçirilən tenderin qalibi elan edib”, - “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Əvvəl «AXA Mbask» sığorta şirkti AMB-yə KTS üzrə xidmətlər göstərib. Şirkət 12 noyabr 2018-ci il tarixindən AMB-yə qeyd olunan xidmətər göstərməyə başlayıb. Müqavilə 12 ay müddətinə nəzərdə tutulmuşdu. .
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin oluğuna daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir. **
A.Əzizov