Bakıda“ASAN xidmət” məzrkəzlərinin sayı 5-dən 7-dək artacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında bildirib.
“ASAN xidmət” öz coğrafiyasını genişləndirir. Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcək. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaq”, - dövlət başçısı prezdentin sözlərindən sitat gətirir.
Prezident məlumat verib ki, “ASAN xidmət” 320-dən çox xidmət göstərir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır.
“Hesab edirəm ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir. Bu məsələlərlə bağlı köklü tədbirlər görülür. Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək”, - dövlət başçısı bildirib. **
N.Abbasova