Bakı şəhərində “Smart city” (“Ağıllı şəhər”) konsepsiyasının tətbiqi planlaşdırılır. Bunu prezident İlham Əliyev deyib.
“İldən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcək. Bu gün mənə məruzə edilən məsələlərdən biri “smart city” layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində “smart city” sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcək”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
“Ağıllı şəhər” konsepsiyası kifayət dərəcədə geniş yayılb: dünyanın 2500 şəhərində “Smart city” elementləri reallaşdırılıb. Bu istiqamətdə Barselona, London, Sinqapur, Tel-Əviv liderlər hesab edilir.
Barselonada yer dəyişmədən təyinat məntəqəsinə çatmağa imkan verən nəqliyyat sisteminin hazırlanmasını “Smart city” konsepsiyasının bariz nümunəsi hesab etmək olar. London isə nəqliyyatda bank kartı ilə təmassız ödəniş sisteminin tətbiq olunduğu dünyanın ilk şəhəri olub. **
N.Abbasova