Dövət Gömük Komitəsi gömrük-buraxılış məntəqələrində elektron növbə sistemini istifadəyə verir. Bunu Dövət Gömük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
“Bu günlərdə gömrük-buraxılış məntəqələrində elektron növbə sistemini istifadəyə verəcəyik. Artıq yaxın günlərdə minik avtomobillərin sürücüləri gömrük-buraxılış məntəqəsinə gələcəkləri vaxtı özləri seçə biləcəklər”, - Mehdiyev cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə DGK bu sistemi abtobuslar və yük avtomobillərinə tətbiq etməyi planalaşdır.
Xəbər verildiyi kimi, sistem vətəndaşlara gömrük məntəqələrində sıxlıqla bağlı vəziyyəti qabaqcadan öyrənməyə imkan verəcək. Sistemdə qeydiyyatdan keçən vətəndaşlar sərhədi keçməzdən əvvəl buraxılış məntəqəsində vəziyyətlə tanış ola biləcəklər. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək. Bununla da vətəndaşlar sərhədi keçmək üçün optimal vaxtı seçə biləcəklər.**
Ə.Məmmədov