Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi ilə yük dövriyyəsinin həcmi illik 6 milyon ton təşkil edir, gələcəkdə 15 milyon tonu keçə bilər. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu günə Bakı-Tbilisi-Qars ilə yük dövriyyəsinin həcmi 6 milyon ton, sərnişin dövriyyəsi – 1 minyon nəfər təşkil edir. Gələcəkdə yük dövriyyəsinin həcmi illik 15 milyon tonu keçəcək”, - Cabbarov cümə günü Bakıda keçirilən TRACECA Hökumətlərarası Komissiyasının 14-cü iclasında bildirib.
Nazir qeyd edib ki, TRACECA və digər strateji layihələr çərçivəsində əməkdaşlıq nəinki malyyə dividendlərinin əldə olunması planında vacibdir, həm də ölkələri birləşdirən mühüm siyasi amildir.
Onun sözlərinə görə, bütün bu təşəbbüslər Azərbaycanı Avrasiya xəritəsində mühüm elementə çevirib.
Cabbarov qeyd edib ki, bu layihədə iştirak edən ölkələrin potensialı böyük nailiyyətlər əldə etməyə imkan yaradacaq.
O cümlədən, nazir bildirib ki, bu konfransın nəticələri üzv ölkələri arasında gələcəkdə iqtisadi inkişafa təsir edəcək və regionda sabitliyi möhkəmləndirəcək.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.**
X.Nəsirzadə