Dövlət Gömrük Komitəsi “yaşıl dəhliz” sistemindən keçən ticarət dövriyyəsinin payının artacağını proqnozlaşdırır. Bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.
“Düşünürük ki, cari ilin sonunadək “yaşıl dəhliz” vasitəsilə ticarət dövriyyəsinin həcmi 7 milyard dollara çatacaq, gələn il isə daha da artacaq. Bizim arzumuz şirkətlərlə könüllü əməkdaşlığa nail olmaq idi və hesab edirəm ki, buna nail olduq”, - Mehdiyev cümə günü jurnalistlərə bildirib.
İxrac əməliyyatlarında “yaşıl dəhliz” iştirakçılarının payı 28%, idxalda – 25% təşkil edib. **
Ə.Məmmədov