Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov cümə günü Bakıda keçirilən TRACECA Hökumətlərarası Komissiyasının 14-cü iclasının proqramı ilə əlaqədar Ermənistan nümayəndə heyətinin narazılıqlarını şərh edib.
“Konfransı davam etmədən əvvəl işimizin gələcək ardıcıllığını dəqiqləşdirmək istərdim və bütün nümayəndə heyətlərinə yubiley konfransda fəal iştiraka görə minnətdarlığımı bildirirəm. Həmçinin qonşu Ermənistandan olan həmkarların çıxışına toxunmaya bilmərəm. Onların reaksiyasını başa düşürəm. Düşünürəm ki, onu iki hissəyə ayırmaq lazımdır. Birincisi – TRACECA-nın mahiyyəti və məzmunu barədə səsləndirilən fikirlərlə bağlı. Öz çıxışlarında kifayət dərəcədə inandırıcı olaraq aydın şəkildə və rəqəmlərlə bununla bağlı öz fikirlərini bildirən bütün həmkarlara minnətdarlığımı bildirirəm. İkinci hissəyə diqqət ayırmağı özümə borc bilirəm. Birincisi, qonşuramızın reaksiyasını yaxşı anlayıram, çünki onlar İrəvandan Bakıya gəliblər və şəhəri öz gözləri ilə görürlər. Onların gördüklərinin qəbul edilməsinin asan olmadığını başa düşürəm”, - Cabbarov cümə günü Ermənistan nümayəndə heyətinin şərhinə cavab verərkən bildirib.
Onun sözlərinə görə, ikincisi, Azərbaycan tərəfi konstruktiv yanaşmaya üstünlük verir. “Bizə məlumdur ki, destruktiv yanaşma daha sadə, daha dağıdıcıdır və əfsuslar olsun ki, bu dağıdıcı siyasətin nəticələri qonşu ölkədə görünür. Ölkə çox sayda layihələrdən təcrid olunub və özünü hazırda olduğu nəqliyyat və iqtisadi dalana dirəyib, hardan ki, görünür, çıxmaq istəmir”, - nazir qeyd edib.
Tədbirin proqramına toxunan nazir bildirib ki, TRACECA layihəsinin 20 illiyi həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəal fəaliyyəti sayəsində mümkün olub.
“Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramının tərtibatı zamanı istənilən sivil cəmiyyətdə qəbul edilən tam aydın münasibətlərin aspektinə əsaslanır”, - Cabbarov əlavə edib.
Nazir Ermənistanın nümayəndə heyətindən İrəvanın mərkəzində ucaldılan abidəni xatırlamağı xahiş edib (Qaregin Njde ləqəbi ilə alman faşistləri üçün işləyən Qaregin Ter-Arutyunyanın - İF). “Gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq, kimə abidələr ucaltmağınız barədə bir daha düşünün. Şəxsən sizin üçün isə biz fərdi mədəni proqramı nəzərdə tutmuşuq”, - iqtisadiyyat naziri bildirib.
O cümlədən, Cabbarov Ermənistanın nümayəndə heyətini İrəvan şəhərinin tarixi ilə bağlı sərginin nümayiş olunduğu Heydər Əliyev Mərkəzini ziyarət etməyə dəvət edib. “Orada sizin doğulduğunuz şəhərin tarixinə həsr olunmuş sərgi keçirilir.Bu sərgi Gürcüstan muzeyi tərəfindən bizə təqdim olunub. Bu sərgi onların muzeyində daimi əsasda təşkil olunub. İnanın ki, çox sayda yeniliklər barədə məlumatınız olacaq, heç yerdə İrəvan xanlığı, İrəvan şəhərinin təməlinin qoyulması tarixi barədə bu qədər məlumat toplaya bilməzsiniz. Lakin bu yalnız əgər sizə həqiqətən maraqlıdırsa. TRACECA karvanına gəlincə isə, buna zidd bütün cəhdlərə baxmayaraq, o daima irəliləyəcək”, - Cabbarov əlavə edib.
Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan konfransda çıxışı zamanı bəyan edib ki, konfransın proqramına daxil edilən bəzi tədbirləri başa düşmür. Xüsusilə ona maraqlı idi, niyə konfrans iştirakçıları Bakıda Fəxri xiyabanı ziyarət ediblər. “Ötən il İrəvanda Hökumətlərarası Komisiyyanın 13-cü iclasının iştirakçıları üçün proqrama siyasi daxili məna kəsb edən heç bir tematik bənd daxil edilməmişdi. Baxmayaraq ki, güman edirəm ki, necə tarixi sınaqlardan keçdiyimiz sizə məlumdur”, - Simonyan bildirib. **
X.Nəsirzadə