13 yanvar 2020-ci il tarixində “PAŞA Həyat Sığorta” şirkətinin səhmdarları növbədənkənar ümumi yığıncaq keçirəcəklər. Bu barədə şirkətin elanında deyilir.
“13 yanvar 2020-ci il tarixində “PAŞA Həyat Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda şirkətin büdcəsinin tədiq olunması planlaşdırılır”, - elanda qeyd olunur.
“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkət sığorta haqları yığımı və həyata keçirilən ödənişlərin həcminə görə bazarda liderdir. **
Ə.Məmmədov