Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 9-da depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank dekabrın 9-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,01%-7,74% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
Ə.Məmmədov