"R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ" QSC Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçün informasiya təminatı sistemi yaradacaq.
tender.gov.az saytının məlumatına görə, "R.İ.S.K.” Dövlət Komitəsinin şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılmasına dair elan etdiyi tenderin qalibi olub.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 848,219 min manat təşkil edib. **
Ə.Məmmədov