Dekabrın ikinci ongünlüyündə Çelyabinsk şəhərində Rusiya-Azərbaycan əlaqələr birjasının açılışı olacaq. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Dekabrın 12-nə Azərbaycanın nümayəndə heyətinin Çelyabinsk şəhərinə səfəri planlaşdırılıb. Səfər Çelyabinsk vilayətinin İxraca dəstək Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Səfər çərçivəsində Çelyabinsk vilayətindən istehsalçıların məhsullarınsda maraqlı olan alıcıları iştirakı ilə Rusiya-Azərbaycan əlaqələr birjasının açılışı olacaq.
Bundan əlavə, Azərbaycan və Çelyabinsk şirkətlərinin ikitərəfli görüşləri və Çelyabinskda müəssisələrin istehsalat meydançalarının ziyarəti nəzərdə tutulur.
Azərbaycanın nümayəndə heyətinin səfəri Rusiyanın “Kiçik və orta sahibkarlıq və fərdi sahibkarlığa dəstək” milli layihəsinin reallaşdırılması çərçivəsində baş tutacaq. **
N.Abbasova