2019-cu il dekabr ayının 10-dan etibarən Novorossiysk-Bakı yeni sərnişin qatarı işə salınacaq.
“Qatar “Federal Sərnişin Şirkəti” SC-nin Şimali Qafqaz filialı birləşməsinə məxsusdur və plaskart, kupe və SV tipli vaqonlardan ibarətdir”, - deyə Rusiya mətbuatı xəbər verir.
Qatar 4 gündə bir dəfə Moskva vaxtı ilə saat 14:00-da Novorossiyskdən, saat 17:07-də Krasnodordan yola düşəcək, Bakıya saat 02:15-də çatacaq. Novorossiyskdən Bakıya çatma müddəti 35 saat 15 dəqiqə, Krasnodardan Bakıya 32 saat 8 dəqiqə təşkil edir.
Marşrutda Tonnelnaya, Krımskaya, Krasnodar-1, Kavkazskaya, Armavir, Nevinnomısskaya, Mineralnıye Vodı, Georgiyevsk, Proxladnaya, Mozdok, Qudermes, Kızilyurt, Mahaçqala, Dərbənd, Xaçmaz, Sumqayıt stansiyalarında dayanacaqlar nəzərdə tutulub.*
N.Abbasova