Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq proqramları imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, sənədlər bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının yekunları üzrə imzalanıb.
Xüsusilə tərəflər 2020-2022-ci illər üçün kənd təsərrüfatı sahəsində Əməkdaşlıq Proqramı, 2020-2022-ci illər üçün turizm sahəsində Əməkdaşlıq Proqramı və Hökumətlərarası Komissiyanın iclasının yekunları üzrə protokol imzalayıblar.
Sənədlər Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tərəfindən imzalanıb.*
B.Rüstəmbəyov