Azərbaycanda tikinti materiallarının buraxılması məqsədilə avadanlığın kompleks istehsalı üzrə dəzgahqayırma zavodunun istifadəyə verilməsi planlaşdırılır. Bu barədə "ELBERG" MMC-nin (“Mətanət-A” şirkətinin strukturuna daxildir) nümayəndəsi Mais Qasımov məlumat verib.
Zavod Hacıqabul Sənaye Məhəlləsinin ərazisində fəaliyyət göstərəcək.
Qasımovun sözlərinə görə, zavoda sərmayələr 12 milyon manat həcmində qiymətləndirilir.
Onun sözlərinə görə, hazırda zavodun istifadəy verilməsi üzrə işlər son mərhələdədir. Zavodun istifadəyə veriləcəyi dəqiq tarixi qeyd etməyib.
“İlk növbədə, məhsulları yerli bazarda reallaşdırmağı planlaşdırırıq. Planlarımıza qonşu ölkələrlə danışıqların aparılması daxildir. Hazırda Rusiya və Özbəkistanla danışıqlar aparırıq”, - Qasımov bazar ertəsi jurnalistlərə bildirib.
Eyni zamanda, o vurğulayıb ki, zavodun potensialı illik 17 milyon manat məbləğində məhsul istehsal etməyə imkan verir. **
X.Nəsirzadə