Prezident İlham Əliyev Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ukraynalı həmkarı Vladimir Zelenskiyə başsağlığı verib.
“Hörmətli cənab Prezident,Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş başsağlığı məktubunun mətnində qeyd olunur.
Xatırladaq ki, dekabrın 4-də saat 10:12-də Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 12 nəfər ölüb. Hadisə zamanı xəsarət almış 30 nəfərdən 9-u xəstəxanadadır.*
Ə.Məmmədov