Azərbaycan və RF Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası çərçivəsində ikitərəfli iqtisadi gündəliyin bütün spüktri müzakirə olunub. Bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov deyib.
“Bu gün Hökumətlərarası Komissiyanın iclasında gündəlikdə duran bütün aktual məsələlər müzakirə olunub. Biz 2,5 milyard dollar həcmində ticarət dövriyyəsi həddini keçdik. 2019-cu ilin yekunları üzrə göstəricilərin 3 milyard dolara çatacağı gözlənilir. Ticarət-iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensialımız var. Gələn il də səmərəli nəticə göstərəcəyimizə ümid edirik”, - Talıbov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, maşınqayrma, kimya, tikinti materialların istehsalı ikitərəfli əməkdaşlığın əsas sahələridir. “Birgə müəssisəölərin yaradılması üçüncü ölkələrin bazarlarına çıxış imkanı verir və burada sənaye kooperasiyası tamamilə yeni rol oynayır, bu da bütün tərəflərə daha böyük potensial verir”, - nazir müavini qeyd edib.
Talıbov əlavə edib ki, “ticarət-iqtisadi əlaqələrimiz düzgün istiqamətdə inkişaf edir”.
Öz növbəsində, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır. “Rusiyanın region ölkələri ilə ticarət dövriyyəsində bizim payımız 45% təşkil edir”, - Səfərov bildirib. **
X.Nəsirzadə