Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzairin Bakıya yeni təyin olunmuş səfiri Salima Abdelhakının etimadnaməsinin surətini qəbul edib.
“Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər”, - XİN-in mətbuat xidməti qeyd edir.
E.Məmmədyarov Salima Abdelhakının fəaliyyətinin “iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə” ümid etdiyini bildirdi.
Öz növbəsində, diplomat diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi. **
N.Abbasova