Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmandı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar. Azərbaycan ilə Pakistan arasında turizm, tranzit dəhlizləri və s. istiqamətlər üzrə zəngin potensialın mövcud olması qeyd edildi. Ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyətinin xüsusi rol oynadığı barədə ümumi qənaətə gəlindi”, - XİN-dən qeyd olunur.
E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi. **
N.Abbasova