Fövqəladə Hallar Nazirliyi Bakıda yerləşən "EuroHome” tikinti materialları bazarında yanğının söndürülməsinə 3 helikopter cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan”a FHN-dən məlumat verilir.
“"EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə FHN-nin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub”, - nazirlikdən qeyd edilib.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Öz növbəsində, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İnterafks-Azərbaycan”a məlumat verilib ki, hadisə yerinə 5 tibbi yardım briqadası cəlb olunub. “Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”, - nazirlikdən vurğulanıb. **
A.Əzizov