Bakı Şəhər İcra Hakimiyyəti tikinti və təmir işlərinin həyata keçirilməsi üçün podratçılar seçir. Bu barədə İcra Hakimiyyətinin elanında deyilir.
Seçim 4 lotdan ibarət açıq tender metodu ilə keçirilir: Lot-1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması. Lot-2. Məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinin satınalınması. Lot-3. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işlərinin satınalınması. Lot-4. Dövlət fondunun balansında olan paytaxt binalarının təmiri işlərinin satınalınması.
1-ci və 2-ci lotlarda iştirak haqqı 750 manat, 3-cü lotda - 400 manat, 4-cü lotda - 350 manatdır.
Tender təklifləri 23 yanvar saat 18:00-dək qəbul olunur. Tender proseduru 30 yanvar saat 11:00-da baş tutacaq.
Telefon: (+99412) 496-52-04. Əlaqələndirici şəxs: Əhməd Məmmədov.*
N.Abbasova