Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl yanğının söndürülməsinə FHN-in 3 helikopterinin cəlb olunması barədə bildirilmişdi.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir. Yanğınla bağlı "Çağırış 3" elan olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanğın yerinə 5 təcili yardım briqadası gəlib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya, 1 nəfər Travmatologiya və Ortopediya İnstitutuna gətirilib, 6 nəfərə isə yerində yardım göstərilib.*
A.Əzizov