Azərbaycanda sahibkarlar yeni portal vasitəsilə müəssisəni idarə etmək imkanı əldə ediblər.
Bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi müəssisəni daha effektiv idarə etməyə imkan verən yeni portalı təqdim edib.
Müəssisə resurslarının planlaşdırılması sistemi əsasında yaradılan www.azerp.az portalı sahibkarlara elektron formatda mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar və satınalmalar həyata keçirməyə imkan verəcək. Bütün bunlar real zamanda baş verir”, - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təqdimatda bildirib.
Onun sözlərinə görə, portal Mərkəzin digər layihələri ilə yanaşı, vahid ekosistem şəklində biznesin inkişafına xidmət edəcək.
"Bu portal tamamilə bizim daxili vəsaitimiz hesabına yaradılıb", - deyə icraçı direktor qeyd edib.
www.azerp.az portalı dünyada ən populyar olan açıq kodlu CRM-ERP sistemi əsasında qurulub. Sistemin 2 milyona yaxın istifadəçisi var.*
Ə.Məmmədov