Prezident İlham Əliyev Azərbaycan-Pakistan Birgə Komissiyasının yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Azərbaycan tərəfdən komissiyanın həmsədri müdafiə sənayesi naziridir.
Komissiyanın üzvləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, mədəniyyət nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsinin sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Mərkəzi Bankının sədrinin müavini, Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.*
X.Nəsirzadə