Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev ölkəyə rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyni qəbul edib.
İ.Əliyev təkbətək görüşdə qeyd edib ki, İordaniya ilə münasibətlər intensiv inkişaf edir və müxtəlif sahələri əhatə edir.
“Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik”, - Əliyev qeyd edib.
Həmçinin, prezident bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olduğunu bildirib. “Artım 20%-dən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birilərini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik”, - Əliyev vurğulayıb.
“Bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik”, - II Abdullah ibn Al Hüseyn bildirib. **
X.Nəsirzadə