Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə 3 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, nazirlik Mərkəzin tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınmasına dair “STT Qrup Azərbaycan” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 2 milyon 933,615 min manatdır. **
B.Rüstəmbəyov