Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kollegiyasının geniş iclasında 2019-cu ildə xidməti döyüş hazırlığının yekunları və 2020-ci tədris ilində qarşıda duran əsas vəzifələri qeyd edib.
“Kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari il ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə məruzəsi dinlənilib”, - nazirlyinin mətbuat xidməti qeyd edir.
Zakir Həsənov 2019-cu ildə xidməti döyüş hazırlığının yekunları və 2020-ci tədris ilində qarşıda duran əsas vəzifələr barədə yekun çıxışı edib.
“Z.Həsənov cari ildə həyata keçirilən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2020-ci ildə icra olunacaq fəaliyyətlərlə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub”, - nazirlik qeyd edir. **
N.Rüstəmbəyov