İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan sahibkarlarını fəaliyyətlərini şaxələndirməyə və ixrac coğrafiyasını genişləndirməyə çağırıb.
“İlk növbədə söhbət ixrac coğrafiyasının şaxələndirilməsindən gedir. Əgər məhsulları Rusiyaya ixrac edə bilirsimizsə, niyə digər ölkələrə də ixrac olunmasın. Bundan əlavə, təklif olunan malların və xidmətlərin şaxələndirilməsi zəruridir”, - Cabbarov çərşənbə günü Azərbaycan-Rusiya İşgüzar Şuranın iclasında bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi sahibkarlara dəstəyi davam etdirəcək və onların problemlərinin həllinə çalışacaq.
“Sahibkarlara müraciət edərək qarşılarındakı maneələr barədə məlumat verməyi xahiş edirəm. Həmin maneələrin dərhal aradan qaldırılmasını söz verə bilmirəm, çünki bəziləri qanunvericilikdə dəyişikliklər tələb edə bilər, lakin süni əngəlləri aradan qaldıracağıq”, - Cabbarov əlavə edib. **
Ə.Məmmədov