Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə vilayətin qubernatoru İqor Babuşkin məlumat verib.
“Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana səfər etməyi (cümə günü - İF) planlaşdırıb. Bakıda biz respublika prezidenti və işgüzar birliklə görüşəcəyik. Bundan başqa, bir neçə saziş, o cümlədən iqtisadi əməkdaşlığa dair saziş imzalamalıyıq. Güman edirik ki, biz Həştərxan vilayətinə yeni ideya və layihələrlə qayıdacağıq”, - deyə “Lotos” Dövlət Televiziya və Radio Yayım Şirkətinin saytında İ.Babuşkinə istinadən bildirilir.
Dekabrın 13-də Bakıya səfər çərçivəsində “Lotos” iqtisadi zonasının təqdimatı da keçiriləcək. Təqdimatı zonanın baş direktoru Sergey Miluşkin keçirəcək.*
Ə.Məmmədov