Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Qaradağ rayonunda məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində zəruri texniki infrastrukturun yaradılmasına 12 milyon manata yaxın vəsait yönəldəcək.
Qəsəbə 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulur.
Bu məqsədlə Fond 11 milyon 962,275 min manat ümumi məbləğdə 7 müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatəna görə, məcburi köçkünlər üçün üç binanın tikintinə dair 3 müqavilə imzalanıb. Xüsusilə, T.T.Ş-İnşaat” MMC ilə 5 mərtəbəli 60 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi (müqavilənin dəyəri 3 milyon 346,918 min manatdır), “Bakinşaat Group” ММC ilə 5 mərtəbəli 60 mənzilli 2 №-li yeni yaşayış binasının tikintisi (dəyəri – 3 milyon 402,752 min manatdır), “Tunel-Metro Inşaat” ММC ilə mərtəbəli 60 mənzilli 3 №-li yeni yaşayış binasının və videomüşahidə şəbəkəsinin tikintisinə dair (məbləğ – 3 milyon 425,7 min manatdır) müqavilələr imzalanıb.
Bundan əlavə, “VS Enerji Servis” MMC ilə qəsəbəsi ərazisində zəruri texniki infrastrukturu olan 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi (müqavilənin dəyəri – 616,153 min manatdır), “Konsept Holding” MMC ilə yeni yaşayış binaların ətrafında abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi (dəyəri – 600,763 min manatdır), “Azərsutəchizattikinti” ASC ilə qəsəbədə zəruri texniki infrastrukturu olan 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi (dəyəri – 535,215 min manatdır), “Tunel-Metro Inşaat” ММC ilə yeni yaşayış binaların xarici və sahədaxili qaz təchizatına dair (müqavilənin dəyəri – 34,774 min manatdır) müqavilələr imzalanıb. **
X.Nəsirzadə