2019-cu ilin noyabr ayında Azərbaycanda inflyasiya oktyabr ayında qeydə alınmış 0,4%- qarşı 0,5% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin noyabr ayında respublikada inflyasiya 0,5% təşkil edib. Bundan başqa, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb”, - Komitədən bildirilir.
Noyabrın sonuna Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib. Həmçinin, noyabrın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 3,8%, qeyri-ərzaq malları üzrə - 1,2%, xidmətıər üzrə - 2,21% təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,2% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.**
N.Abbasova