Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara hər vasitə ilə əngəl olur.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə özünün destruktiv siyasətini yenidən davam etdirir. Ermənistan hər vəchlə danışıqlar prosesinə mane olur. İlk növbədə, Ermənistandan səslənən ziddiyyətli bəyanatlar danşıqlara əngəl törədir”, - Hacıyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistan jurnalistləri arasında səfər mübadiləsi baş tutub. “Bu ilk bu cür təşəbbüs idi”, - o qeyd edib.
Həmçinin, Hacıyev əlavə edib ki, hələlik Azərbaycan və Ermənistan QHT nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı təşəbbüslər barədə məlumat yoxdur. **
A.Əzizov