«İdeal TM»/«HN Construction» şirkətlər konsorsiumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inzibati binasında təmir işləri həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
tender.gov.az saytında dərc olunmuş məlumata görə, «İdeal TM»/«HN Construction» konsorsiumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən komitənin binasında əsaslı təmir işlərinin satın alınması üzrə elan edilmiş tenderin qalibi olub.
Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 1 mln. 493,915 min manat təşkil edib.*
Ə.Məmmədov