GUAM-a üzv ölkələr azad ticarət zonası üzrə əməkdaşlığı möhkəmləndirmək və nəqliyyat dəhlizinin yaradılmasına dair razılığa gəliblər.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata üzv ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, GUAM) cümə axşamı Kiyevdə keçirilən iclasda azad ticarət zonası üzrə əməkdaşlığı möhkəmləndirmək və nəqliyyat dəhlizinin yaradılmasına dair razılığa gəliblər. Bu barədə Ukraynanın baş naziri Aleksey Qonçaruk məlumat verib.
“Biz iqtisadi əməkdaşlığın dərinləşməsinə diqqətimizi yönəldəcəyimizə dair razılığa gəldik. İki prioritet istiqamət var. Birincisi – azad ticarət zonası; biz ölkələrimiz arasında ticarət əngəlləri və maneələrin olmaması, şirkətlərin azad ticarət həyata keçirməsi məsələsində həmrəyik”, - Qonçaruk plenar iclasın yekunlarına dair brifinqdə bildirib.
“Bu gün müzakirə etdiyimiz ikinci ambisiyalı layihə - nəqliyyat dəhlizinin yaradılmasıdır ki, hansı ki yaxşı ticarət yol ola bilər, bu da ölkələrimiz vasitəsilə keççən ticarət dövriyyəsinin artımına səbəb ola bilər”, - hökumət başçısı əlavə edib.
Qonçarukun sözlərinə görə, həmçinin tərəflər digər iqtisadi, siyasi, təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Öz növbəsində, Gürcüstanın baş naziri Georgi Qaxariya qeyd edib ki, iqtisadiyyat məsələlərindən başqa tərəflər GUAM-a üzv ölkələrin ərazi bütövlüyü məsələlərini müzakirə ediblər.
Moldovanın baş naziri İo Kinu qeyd edib ki, GÜAM ölkələri arasında azad ticarət zonası nəinki təşklat çərçivəsində, həm də üçüncü ölkələrlə ticarət dövriyyəsini artıracaq. “Düşünürəm ki, gələn il ərzində biz bu prosesi başa çatdırmağa müvəffəq olacağıq və qeyd olunduğu kimi, bu sahədə konkret fəaliyyət başlaya biləcəyik”, - o bəyan edib.
Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov xatırladıb ki, 2020-ci ildə GUAM-a sədrlik Azərbaycana keçir. “Azərbaycan tərəfi qarşılıqlı səmərəli əməkdaşlığın inkişafına və ölkələr arasında siyasi dialoqun dərinləşməsinə diqqət ayıracaq”, - o yekun vurub. **