Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycana səfər etməyi planlaşdırır. Bunu Ukraynanın baş naziri Aleksey Qonçaruk deyib.
Bu məsələ Azərbaycanın baş nazirinin müavini Əli Əhmədovla Ukraynanın baş naziri Aleksey Qonçaruk arasında cümə axşamı Kiyevdə baş tutan görüş zamanı müzakirə olunub. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat verir.
“Görüşdə ikitərəfli münasibətlərin perspektivləri, beynəlxalq təşkiltlarda, həmçinin GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan səfərinə toxunan Qonçaruk qeyd edib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini açacaq”, - məlumatda qeyd edilir.
Həmçinin, Ukraynanın baş naziri gələcəkdə iqtisasi əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.
“Həmsöhbətlər ticarət-iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
Öncə Ukrayna mətbuatı məlumat verib ki, 16-17 dekabr tarixlərində V.Zelenski Azərbaycana səfər erdəcək. **
A.Əzizov