Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayı üzərində körpünün açılışı 2019-cu il dekabrın 24-də baş tutacaq. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“24 dekabrda planlaşdırılan möhtəşəm açılış təkcə bir hadisə deyil: körpü ticarət dövriyyəsinin intensivləşməsinə xidmət edəcək. Məlumdur ki, ticarət dövriyyəmiz artır və nəticədə yük daşınması artır”, - səfir bildirib.
Diplomat qeyd edib ki, avtomobillər və avtobuslar üçün gömrükdən keçməkdən ötrü daha rahat şərait yaradılacaq.
Körpünün tikintisi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqust ayında imzalanan saziş çərçivəsində həyata keçirilir.
Yeni körpü 1957-ci ildə inşa edilmiş körpünü əvəz edəcək.
Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək. Tikinti işlərinin dəyəri 36,5 mln. manat təşkil edir (cari məzənnə ilə $21,5 milyon). **
B.Rüstəmbəyov