2020-ci ilin I yarısında BP şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“Artıq 2020-ci ilin birinci yarısında Abşeron arxipelaqının dayazsulu hissəsində kəşfiyyat quyusu qazmaq niyyətindədiyk”, - Aslanbəyli Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, qazma işlərinin yekunları üzrə şirkət bu blokda neft ehtiyatları aşkar etməyi ümid edir.
Öncə Aslanbəyli bəyan edib ki, 2020-ci ildə BP şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində 2 kəşfiyyat quyusu qazmağı planlaşdırır.
2016-cı ilin noyabr ayında “BP-Azerbaijan” şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində üçölçülü (3D) seysmik tədqiqatlar aparılıb. Seysmik tədqiqatlar 1,52 min kvadratmetr ərazini əhatə edəcək. 90 kvadratmetr ərazi quruda tədqiq olunub.
Seysmik tədqiqatların nəticələri üzrə Abşeron arxipelaqının dayazsulu hissəsindəqazma işləri üşün üç sahə müəyyən olunub.
2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanıb.
Müqavilə ərazisi 1,9 min kvadratmetr təşkil edir. Saziş üzrə 50% pay BP, 50% pay isə SOCAR-a məxsusdur.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.
30 aya qədər davam edəcək birinci mərhələ çərçivəsində BP 3D və 2D seymik tədqiqat həyata keçirməli, həmçinin işlərin bütün müqavilə ərazisində ətraf mühitə təsirini qiymətləndirməlidir.
Əgər BP bu müddət ərzində perspektivli strukturlar aşkar edərsə, o zamam şirkət 4 bu cür struktur seçmək və növbəti mərhələyə - əsas kəşfiyyata keçmək hüququna malikdir.
Müqaviləyə əsasən, ikinci mərhələnin reallaşması 3 ilə qədər müddəti əhatə edə bilər.
Bu dövrdə BP seçilən strukturların mühəndis-geoloji tədqiqatını aparmalı və həmin işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabat hazırlamalıdır. Bu dövr ərzində podratçı kommersiya nöqteyi-nəzərindən qiymətli ehtiyatlar aşkar edərək bu barədə SOCAR-a məlumat verərsə, 6 ay ərzində həmin yataqların işlənməsi proqramını hazırlamalı və bundan sonra 3-cü mərhələ - birbaşa işlənmə prosesinə keçməlidir.
Saziş işlənmə mərhələsinin 23 il davam edəcəyini nəzərdə tutur, lakin bu dövr uzadıla bilər. BP işlənmə mərhələsinin başlandığı 36 ay ərzində sənaye hasilatına başlamalıdır. **
N.Abbasova