ABŞ Azərbaycanla təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığı davam etdirir. Bu sözləri ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqerdeyib.
“Biz Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyik. ABŞ Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmət edir və bunun çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı hər cür dəstək göstərməyə çalışırıq”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, Vaşinqton Bakı ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə sadiqdir.*
X.Nəsirzadə