2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın valyuta ehtiyatları 12,7% artıb. Bunu “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları 12,7% artıb və hazırda $50,4 milyard təşkil edir”, - AMB-dən qeyd ediblər.
2018-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $44,8 milyarda yaxın təşkil edib.
AMB-dən vurğulanıb ki, dünya neft bazarlarında əlverişli konyuktura və Azərbaycanın qeyri-neft ixracınn artımı tədiyə balansının profisit həcmini yüksək səviyyədə qorumağa imkan verir. “2019-cu ilin 11 ayı ərzində dünya bazarlarında neftin bir barelin orta qiyməti $64,1 təşkil edib, baxmayaraq ki, bu 2018-ci ilin göstəricisindən aşaıdır (bir barel üçün $72). Byuna baxmayaraq, cari ilin 11 ayı ərzində Azərbaycan ixracı 2,3%, həmçinin qeyri-neft ixracını – 17,5% artırıb”, - AMB-dən qeyd ediblər.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü ilin 1 oktyabr tarixinə Azərbaycanın valyuta ehtiyatları $53,7 milyard məbləğində pik səviyyə təşkil edirdi. 2014-cü ilin dördüncü rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Həmin ehtiyatların milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəlməsi səbəbindən bu proses 2015-2016-cı illərdə davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub. **
A.Əzizov