Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu il üçün inflyasiya proqnozuna yenidən baxaraq onu azaldıb. Bu barədə AMB-nin məlumatında deyilir.
“Son meyilləri nəzərə alaraq Mərkəzi Bank 2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir”, - deyə məlumatda bildirilir.
Daha əvvəl AMB ölkədə inflyasiyanı 4±2% səviyyəsində proqnozlaşdırmışdı.*
Ə.Məmmədov