2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda fiziki şəxslərin manat əmanətləri 26,9% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
“Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62.5%-dən noyabr ayında 54.1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54.6%-dən 49.5%-ə enib”, - məlumatda qeyd olunur.
AMB bildirir ki, pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunur. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16.1% artıb.
“O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11.6% artıb”, - AMB-nin məlumatında vurğulanır. **
Ə.Məmmədov