2019-cu ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı bir milyon nəfərə yaxın olacaq. Bunu prezident İlham Əliyev deyib.
“Ümumiyyətlə, Azərbaycana gələn rusiyalı turistlərin sayı artır. Fikrimcə, bu il həmin rəqəm bir milyon nəfərə yaxın olacaq”, - deyə o, bu gün Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edərkən bildirib.
Prezidentin sözlərinə görə, bu da əməkdaşlığın, dostluğun yaxşı göstəricisidir.
İ.Əliyev, həmçinin qeyd edib ki, bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub.
“Yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub. Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq”, - deyə o əlavə edib.
2018-ci ildə RF-dən Azərbaycana 880 min turist gəlib.*
B.Rüstəmbəyov