2019-cu ildə Azərbaycan sərhədçiləri tərəfindən xarici münaqişə zonalarında döyüşmüş 23 nəfər, o cümlədən 6 Azərbaycan vətəndaşı saxlanılıb.
“Bu il xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunub və onlar, o cümlədən 6 Azərbaycan vətəndaşı saxlanılıblar”, - deyə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.
“2019-cu ildə qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov