2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 mlrd. 3 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $5 mlrd. 88,1 mln. təşkil edib. Beləliklə, cari ilin yanvar-sentyabr ayları ərzində profisit 21,3% azalıb.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM $34 mlrd. 390,7 mln. təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 11,6%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində neft-qaz sektoru üzrə profisit $9,2 mlrd. (azalma 6,9%), qeyri-neft sektoru üzrə kəsir $5,2 mlrd. (artım 8,5%) təşkil edib.
2019-cu ilin yanvar-sentyabr aylarında bir barrel neftin orta qiyməti $64 təşkil edib.
2019-cu ilin hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi $23,1 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $6,9 mlrd. məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13,6%-i MDB, 86,4%-i uzaq xarici ölkələrin payına düşüb.
$15 mlrd. həcmində ixracın strukturunda neft ixracı $13,7 mlrd., bilavasitə neft və neft məhsullarının ixrac həcmi $11,6 mlrd., o cümlədən neft ixracı $11,2 mlrd. təşkil edib.
$8,1 mlrd. həcmində idxalın strukturunda $3,8 mlrd. istehlak mallarının, o cümlədən $1,2 mlrd. ərzaq mallarının payına düşüb. Yanvar-sentyabrda ölkəyə $652 mln. dəyərində (bütün idxalın 8%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2018-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 51,1 mln. təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,6 dəfə çoxdur.**
Ə.Məmmədov