2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri 2018-ci ilin analoji dövrü ilə müqayisədə 13,7% azalıb, xaricə pul köçürmələri 18,9% artıb, köçürmələr üzrə müsbət saldo $381,8 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankdan məlumat verilir.
“Tədiyə balansının məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri $692,8 mln. təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 13,7% azdır”, - AMB-dən qeyd ediblər.
Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycandan xaricə pul köçürmələri 18,9% - $311 mln.-a qədər artıb.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmini 2,24 dəfə ötüb.
Nəticədə, yanvar-sentyabr ayları əzrində pul köçürmələri üzrə müsbət saldo bir il öncə $541,8 mln.-a qarşı $381,8 mln. təşkil edi (azalma 29,5%).
2018-ci ilin yekunları üzrə pul köçürmələri üzrə müsbət saldo $718,3 mln. təşkil edib. **
Ə.Məmmədov