Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirovun səlahiyyət müddəti daha üç il uzadılıb.
Müvafiq fərman Tatarıstanın prezidenti Rüstəm Minnixanov tərəfindən imzalanıb.
“16 dekabr 2019-cu il tarixindən Alfred Zakirov Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi təyin edilsin”, - deyə sənəddə bildirilir.
Alfred Zakirov 1981-ci ildə Kazanda anadan olub. Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2013-cü ildən Tatarıstan Respublikasının Azərbaycanda daimi nümayəndəsidir.*
B.Rüstəmbəyov