«ADY Konteyner» MMC maliyyə hesabatının xarici auditini keçirəcək şirkəti müəyyən edib.
tender.gov.az saytında dərc olunmuş məlumata görə, ADY-nin maliyyə hesabatının auditoru “Nexia EA” şirkəti olub.
“Tərəflər arasında 23,6 min manatlıq müqavilə bağlanılıb”, – deyə məlumatda qeyd olunur.
Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzunməsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, 2017-ci ilin oktyabr ayında “ADY Konteyner” MMC yaradılıb.
“ADY Konteyner” MMC-nin funksiyalarına dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə edilməsi və istismarının təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi daxildir.
“ADY Konteyner” MMC, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınması üzrə operatoru və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan ilk yük qatarının Azərbaycan üzərindən ekspeditorudur.*
Ə.Məmmədov