2018-ci ildə “Aztelekom” MMC-nin xalis zərəri 2017-ci il ərzində 5 mln. 647 min manat məbləğində mənfəətə qarşı 16 milyon 884 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən 2018-ci ildə MMC-nin gəlirləri 78 mln. 237 min manat (artım 4,5%), xidmətlərin maya dəyəri 56 mln. 331 min manat (artım 3,3%) təşkil edib.
2018-ci il ərzində cəmiyyətin əməliyyat, inzibati xərcləri 33 milyon 597 min manat təşkil edib (artım 33,3%).
Ötən il müəssisənin vergi ödənilənədək mənfəəti 12 mln. 550 min manat (2017-ci ildə 8 milyon 756 min manat məbləğində vergi ödənilənədək mənfəətinə qarşı), mənfəət vergisi üzrə ödənişləri 4,344 mln. manat (artım 39,7%) təşkil edib.
2018-ci ildə “Aztelekom”un aktivləri 4,2% - 222 mln. 365 min manatadək, uzunmüddətli aktivləri 5,4% - 205 mln. 330 min manatadək artıb, qısamüddətli aktivləri isə 8,7% - 17 mln. 35 min manatadək azalıb.
1 yanvar 2019-cu il tarixinə cəmiyyətin öhdəlikləri 49 mln. 206 min manat (azalma 52,2%), o cümlədən qısamüddətli öhdəlikləri 46 mln. 278 min manat, uzunmüddətli öhdəlikləri 2 milyon 928 min manat təşkil edib.
Cəmiyyətin kapitalı 181 mln. 178 min manata (artım 3,2%), nizamnamə kapitalı 22 mln. 244 min manata (dəyişməyib) bərabərdir. 1 yanvar 2018-ci il tarixinə ümumi bölüşdürülməmiş mənfəət 54 mln. 481 min manat həcmində qiymətləndirilir.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.**
N.Abbasova