Azərbaycan Dövlət Reklam Agentliyi 2018-ci ili 2 milyon 115,378 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bu barədə ADRA-nəm 2018-ci il ərzində audit olunmuşhesabatında deyilir.
Hesabata əsasən, ötən il ərzində ADRA-nın gəlirləri 13 milyon 263,135 min manat, həmçinin reklam nümayişindən haqları – 12 milyon 499,936 min manat təşkil edib.
Hesabat dövrü ərzində ADRA-nın xərcləri 10 milyon 333,925 min manat təşkil edib. Eyni zamanda, xərclərin böyük hissəsi – 6 milyon 834,448 min manat insan resursları üzrə xərclərin payına düşüb.
2018-ci ildə ADRA-nın vergiöncəsi mənfəəti 2 milyon 929,21 min manat təşkil edib. Hesabat dövründə ADRA 813,832 min manat məbləğində mənfəət vergisi ödəyib.
Ötən il ADRA-nən aktivləri 3,8 dəfə - 6 milyon 822,454 min manatadək artıb. 2018-ci ilin yekunları üzrə ADRA-nın öhdəlikləri 2 milyon 594,519 min manat təşkil edib.
2018-ci ilin sonuna agentliyin məcmu kapitalı 4 milyon 227,935 min manat (artım 2,3 dəfə), nizamnamə kapitalı 10 min manat (dəyişməyib) təşkil edib.
Prezident İlham Əliyev 2017-ci ilin iyun ayında Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb. Məqsəd reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etməkdir.**
Ə.Məmmədov