2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 29 mln. 129,959 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunmuş $14 mlrd. 6 mln. 510,5 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 129,959 min ton təşkil edib”, - Komitədən bildirilir.
2018-ci ilin yanvar-noyabr aylarında ixrac edilmiş $14 mlrd. 621 mln. 241,23 min dəyərində neftin bəyan edilmiş həcmi 27 mln. 143,456 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 7,3% artıb, dəyər ifadəsində 4,2% azalıb.
2019-cu ilin 11 ayı ərzində Azərbaycan $2 mlrd. 78 mln. 693,83 min dəyərində 10 mlrd. 464 mln. 906,73 min kubmetr bəyan edilmiş qaz ixrac edib.
2018-ci ilin yanvar-noyabr aylarında ixrac edilmiş $1 mlrd. 256 mln. 132,5 min dəyərində qazın bəyan edilmiş həcmi 6 mlrd. 450 mln. 694,35 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 62,2%, dəyər ifadəsində 65,5% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton, $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib.**
N.Abbasova